AZ

Küveyt və BƏƏ-də partlayışlar olub, Bəhreyn və İordaniyada hava həyəcanı siqnalı verilib

İranın yeni hücumu barədə elandan qısa müddət sonra Küveyt və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir neçə partlayış baş verib.

Oxu.Az bu barədə “Al Mayadeen” telekanalına istinadən xəbər verir.

Məlumata görə, partlayışlar Küveytin paytaxtı Əl-Küveyt və BƏƏ-nin Dubay şəhərində qeydə alınıb. Dəymiş ziyan barədə məlumat yoxdur.

Bundan əlavə, Bəhreyndə hava həyəcanı siqnalı verilib. Hava həyəcanı siqnalları İordaniyanın paytaxtı Əmman və krallığın bəzi digər şəhərlərində də eşidiliB.

Xatırladaq ki, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (sepah) İsrailə və ABŞ-nin regiondakı bazalarına qarşı “ən güclü və şiddətli hücumun” başladığını elan etmişdi.

Seçilən
39
editor.az

1Mənbələr