AZ

Azərbaycanın tanınmış şəxsi orqanlarını bağışladı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“63 yaşım tamam oldu. Bəzi deputatlar ölümdən sonra orqanlarını bağışlamaq barədə vəsiyyət ediblər. Mən də onlara qoşuluram”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin keçmiş deputatı, təhsil üzrə ekspert Etibar Əliyev bildirib.

Lakin o qeyd edib ki, bunun üçün bir şərti var:

“Orqanlardan əvvəl universal kitabxanamı bağlı olduğum Bakı Dövlət Universitetinə bağışlayacam. Yəni kitablar məni bayıra atmamışdan əvvəl bunu edəcəm. Kitabxanamda avtoqrafı olan bir neçə tanınmış alimin kitabı var. Orqanlar nə zamansa sıradan çıxacaq. Avtoqraf isə nəsildən nəsilə keçərək yaşayacaq.

Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Düşüncəmə görə gənc nəsilə yetərincə bilik verə bilmədik. Günahkarıq…

Əslində zamanı boşuna xərclədiyimiz üçün buna imkan olmadı. Zaman bizim nəslin əleyhinə işlədi. Biz də zamanın əleyinə…”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
konkret.az

3Mənbələr