AZ

Maldiv hökuməti Britaniyanın Çaqos adaları ilə bağlı planına qarşı hüquqi addımlar atmağa hazırlaşır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 1 mart, AZƏRTAC

Maldiv hökuməti Böyük Britaniyanın Baş naziri Kir Starmerin Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsi planına qarşı hüquqi mübarizəyə başlamağı nəzərdən keçirir.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Maldiv Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkə rəsmi şəkildə variantları araşdırır və mümkün hüquqi çağırış imkanlarını qiymətləndirir.

Rəsmilər hesab edir ki, Maldivin Çaqos adaları üzərində ərazi iddiası Mavrikinin iddiasından daha əsaslıdır və üstün hüquqi mövqeyə malikdir. Maldiv hökumətinin nümayəndəsi “The Telegraph” qəzetinə açıqlamasında Böyük Britaniyanın planlarının beynəlxalq hüququn prinsiplərinə yetərincə əsaslanmadığını vurğulayıb.

Qeyd edək ki, Baş nazir Kir Starmer hökuməti Çaqos adaları üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan razılaşma üzərində işləyir. Lakin bu plan artıq bir sıra siyasi və beynəlxalq maneələrlə üzləşib. ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı çıxış edərək Çaqos adalarının Böyük Britaniyadan alınmamalı olduğunu bildirib və suverenliyin Mavrikiyə verilməsini böyük müttəfiqə qarşı ləkə kimi qiymətləndirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
2
azertag.az

3Mənbələr