AZ

"Mançester Yunayted" ulduzunu satmağa qərar verdi - SON DURUM

Yarımmüdafiəçisi Meyson Maunt bu yay "Mançester Yunayted"i tərk etməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, informasiyanı “Football Insider” yayıb. 

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” 27 yaşlı futbolçunu yay transfer pəncərəsində satmağa qərar veriblər. İngiltərə nəhəngi maliyyə baxımından cəlbedici təklif alacağı təqdirdə futbolçunu satmağa hazırdır. 

Mount 2023-cü ildə 67 milyon avroya "Çelsi"dən "Mançester Yunayted"ə keçib. Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir. 

Bu mövsüm yarımmüdafiəçi "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 19 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
8
1
fanat.az

2Mənbələr