AZ

İran qırıcıları Fars körfəzi və Şimali İraqdakı ABŞ bazalarını bombaladı…



İran ordusunun "tarixinin ən ağır hücumu başlayacaq" təhdidindən sonra ABŞ və İsrail hədəflərinə qarşı yeni hücumlar başlayıb. İranın hücumlarına cavab olaraq ABŞ və İsrail də İrana zərbələr endirib.

Hücumlar Tehranın şimal və şərq hissələrini hədəf alıb və hücumlar zamanı İran dövlət televiziyasının vurulduğu bildirilir. İsrail ordusu dünən İrana qarşı hücumların başlamasından bəri Tehranın mərkəzindəki hədəflərə ilk hücumlarını başlatdığını açıqlayıb.

Bu arada, İran döyüş təyyarələrinin Fars körfəzi və Kürdüstan Regional Hökuməti (KRH) bölgələrindəki ABŞ bazalarını bombaladığı bildirilir. İran ordusunun yazılı açıqlamasında deyilir: "Bir neçə dəqiqə əvvəl İran Hərbi Hava Qüvvələrinin çevik pilotları çoxmərhələli əməliyyatda Fars körfəzi və KRH bölgələrindəki ABŞ bazalarını uğurla bombaladılar".

TAHİR

Seçilən
13
baki-xeber.com

1Mənbələr