AZ

İlham Əliyev Pezeşkiana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı İran Prezidenti Məsud Pezeşkiana başsağlığı verib. 

Əliyev məktubunda Xameneinin ölümünü “böyük itki” adlandıraraq mərhumun ailəsinə və dost İran xalqına başsağlığı verib, səbir dilədiyini bildirib.

O, Xameneinin İranın dövlət və ictimai həyatında uzun müddət mühüm rol oynadığını vurğulayıb və dost ölkəyə sülh, sabitlik və əmin-amanlıq arzulayıb.

Seçilən
26
41
anews.az

10Mənbələr