AZ

İsrail hökuməti “Sion qanadı”nı Berlinə göndərib – DPA


İrana endirilən zərbələrdən sonra İsrail hakimiyyətinə məxsus “Sion qanadı” kimi tanınan hökumət təyyarəsinin Berlin şəhərinə göndərildiyi bildirilir.
Yeniavaz.com
 xəbər verir ki, məlumatı DPA (Almaniya Mətbuat Agentliyi) öz mənbələrinə istinadən yayıb.
Bildirilib ki, “Boeing 767” tipli təyyarə Almaniya paytaxtındakı hava limanında park vəziyyətindədir.
Qeyd edək ki, sözügedən təyyarə həm İsrailin baş naziri, həm də prezidenti tərəfindən rəsmi səfərlər zamanı istifadə olunur. Hələlik Berlin hava limanı və İsrailin Almaniyadakı səfirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
DPA-nın məlumatına görə, Yaxın Şərqdə baş verən əvvəlki gərginliklər zamanı da İsrail hakimiyyəti təhlükəsizlik məqsədilə bu təyyarəni ölkə xaricinə çıxarmışdı.
Seçilən
34
yeniavaz.com

1Mənbələr