AZ

Rusiya vətəndaşlarının Azərbaycan tərəfə keçidi təmin olunub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astara, 1 mart, İlkin Adıyev, AZƏRTAC

Astara sərhəd gömrük keçid məntəqəsi vasitəsilə təxliyə prosesi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda 15-ə yaxın Rusiya vətəndaşının sərhəd-keçid məntəqəsindən Azərbaycan tərəfə keçidi təmin olunub. Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçirilib, onların təhlükəsiz və nizamlı şəkildə ölkə ərazisinə daxil olması üçün zəruri tədbirlər görülüb.

Hazırda sərhəd-keçid məntəqəsində təxliyə tədbirləri fasiləsiz şəkildə davam etdirilir. Aidiyyəti qurumların əməkdaşları tərəfindən prosesə operativ nəzarət həyata keçirilir və keçid zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
2
azertag.az

3Mənbələr