AZ

Xamenei haqda mühüm: Eynilə Xomeyni kimi...

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

28 fevralda ABŞ və İsrailin iqamətgahına endirdiyi zərbələr nəticəsində ölən İranın ali dini lideri Əli Xameneinin 19 apreldə 87 yaşı tamam olacaqdı.

Axar.az xəbər verir ki, İran İslam İnqilabına rəhbərlik edən və Xameneidən öncə ilk dini lider olan Ruhullah Xomeyni də 1989-cu ilin iyununda 87 yaşı ərəfəsində vəfat etmişdi. Belə ki, 1902-ci il 24 sentyabrda, Qacar dövlətində, Xomeyndə anadan olan Ruhullah Xomeyni 1989-cu ilin 4 iyununda ölmüşdü.

Əli Xamenei də öz doğma yerinin (Xamnə) adını özünə götürüb. Onu da qeyd edək ki, Mirzə Fətəli Axundzadə, Şeyx Məhəmməd Xiyabani, Mir Hüseyn Musəvi də Xamnədəndir.

Araz və Zərdüşt Əlizadələrin atası, ədəbiyyatşünas alim Məmməd Mübariz Əlizadə də Xamnədə doğulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
axar.az

1Mənbələr