AZ

Azərbaycanlı futbolçular üz-üzə gəldi - Albaniyadan VİDEO

AlbaniyaSuperliqasında 26-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların komandası üz-üzə gəlib.

Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani"(Tirana) öz meydanında Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əliyev start heyətdə meydana çıxıb və sonadək oynayıb, İsgəndərli isə 88-ci dəqiqədə - komandası hər iki qolu vurandan sonra meydanı tərk edib.

Hazırda "Eqnatiya" turnir cədvəlində 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

Seçilən
33
1
sportinfo.az

2Mənbələr