Kriştiano Ronaldo bu yaxınlarda klub rəhbərliyindən narazılığını bildirərək “Əl-Nəsr”in bir neçə oyununu boykot etdi.
Bundan sonra portuqaliyalı ulduzun bu yay Səudiyyə Ərəbistanını tərk edə biləcəyi ilə bağlı şayiələr yayıldı.
Publika.az xəbər verir ki, 365Scores-in məlumatına görə, Ronaldo müqaviləsinin sonuna qədər, yəni 2027-ci ilin ortalarına qədər “Əl-Nəsr”də qalmaq qərarına gəlib.
Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı investisiya fondunun nümayəndələrindən ən yaxşı futbolçuların transferi üçün zəmanət alıb.