AZ

Ərəb Dövlətləri Liqası İranı ərəb ölkələrinə zərbələri dərhal dayandırmağa çağırıb

Ərəb Dövlətləri Liqası İranı ərəb ölkələrinə zərbələri dərhal dayandırmağa çağırıb

Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələr İrana müraciət edərək, Körfəz ölkələrinin ərazilərinə hücumları təcili dayandırmağı və "təmkin nümayiş etdirməyi" tələb ediblər.

AFN.az xəbər verir ki, bu barədə müvafiq bəyanat təşkilatın sosial şəbəkə səhifəsində yayımlanıb.

"Ərəb Dövlətləri Liqasına üzv dövlətlər İranın Körfəz ölkələrinin suverenliyini pozmasını qətiyyətlə pisləyir. İslam Respublikasını bu növ hərəkətləri dərhal dayandırmağa, sağlam düşüncə nümayiş etdirməyə və mövcud münaqişənin genişlənməsinə imkan verməməyə çağırırıq", – deyə sənəddə qeyd olunub.

Seçilən
42
afn.az

1Mənbələr