Goranboyda 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Goranboyda 47 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, C.Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
Tural Əhmədov