AZ

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

    Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    06:11

    Goranboyda bıçaqlanma hadisəsi baş verib.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

    Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Məlumata görə, C.Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

    Seçilən
    11
    9
    bakivaxti.az

    10Mənbələr