AZ

Tehranda yeni partlayışlar oldu

ABŞ və İsrail Tehranın şərq, qərb və cənub rayonlarına yeni zərbələr endirib.

Bu barədə ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, hücumlar səhər saatlarında sübh azanı ilə eyni vaxtlarda baş verib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib.

Seçilən
27
50
editor.az

10Mənbələr