AZ

Yevlax təhsilində aşkarlanan pozuntuları kim ört basdır edir?

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan təhsilində şəffaflıq və inkişafyönlü islahatların anons edildiyi bir vaxtda həm paytaxtda, həm regionlarda təhsil adına yaşanan utancverici hallar-qanunzidd addımlar, dövlətçilik dəyərlərinə açıq hörmətsizlik cəmiyyət olaraq,dövlət olaraq bizi dərindən düşündürməlidir.

Əks halda, göz görə-görə təhsilimizi uçurumun dibinə yuvarlamış olacağıq.

Yevlaxdan redaksiyamıza daxil olan məlumatlar da bunları deməyə əsas verir.

Belə ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin 4-5 fevral 2025-ci il tarixdə Yevlax rayon Təhsil sektorunda apardığı son yoxlamalar çoxsaylı qanun pozuntuları(xüsusən,maliyyə ilə bağlı) və təkzibolunmaz faktlar üzə çıxarsa da, nədənsə “gözügörünməz” əllərin sayəsində bu yoxlamanın nəticəsi “kosmetik” xarakter daşıdı.

Belə ki, nə xarkteri,nə mədəniyyəti, nə savadı, nə də dünya görüşü təhsilə zərrə qədər uyğun olmayan sektor müdiri Namidə Abbasova sudan duru çıxdı. Baxmayaraq ki, bütün məsuliyyət və cavadehlik bu şəxsin üzərində olub. Onun əvəzinə üzdə olan 2 və 7 №-li məktəblərin direktorlarının (biri Şəhid Milli Qəhrəmanın bacısıdır) qurban seçilməsi və Namidənin cəzasız qalması bütün Yevlax ictimaiyyətində çoxlu sullar yaradıb. Bu suallara keçməzdən əvvəl Elm və Təhsil naziri Emin Əmrullayevin məşhur və kifayət qədər kəskin bir fikri-“TƏHSİLDƏ GÜZƏŞT VƏTƏNƏ XƏYANƏTDİR” ifadəsi MÜTDA-nın direktoru Eşqi Bağırovun və Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımovun tükünü belə tərpətməyib. Baxmayaraq ki, bu fikir Namidə Abbasovanın rəhbərlik etdiyi Yevlax təhsilinindəki mövcud mənzərənin ən dəqiq tərifidir. Yoxlamalar zamanı ortaya çıxan qanunsuz vəzifə təyinatları, əmək qanunvericliyinin kobud şəkildə pozulması, büdcə vəsaitlərinin mənimsənilməsi kimi ciddi faktlar aşkar olunduğu halda Namidə Abbasova əlini-qolunu sallaya-sallaya gəzir və gözlərini süzdürərək rişxəndlə məktəb direktorlarına, təhsil işçilərinə acıq verir.

Hətta bundan da cılız hərkətlərə yol verir.Vəzifəsindən asılı olmayaraq tabeliyində olan işçiləri aşağılayır,qadına yaraşmayan tərzdə qışqırır və kobud ifadlər işlətməkdən çəkinmir.Hələ bu azmış kimi haqqını tələb edən işçiləri, direkor müavinlərini, müəllimləri şantaj edir, hədələyir.

Bəs bütün bunlara rəğmən Namidə Abbasovaya güzəşt edilməsi cənab nazirin dediyi kimi Vətənə xəyanət deyilmi?

Yəqin ki, bu əməllərə mütləq hüquqi qiymət veriləcək.

Yevlaxın təhsil ictimaiyyətini düşündürən suallar isə əsas etibarı ilə bunlardır:

…Bu şəxsə göstərilən “xüsusi münasibət” qanunlardan daha üstündürmü?

…Kimlərdir Namidə Abbasovanın qanunsuz əməllərini ört-basdır edən?

…Kimlərdir onun kimi bacarıqsız, təhsil idarəetməsindən və təhsilin metodalogiyasından xəbərsiz birini himayə edən?

…Bu qanunsuzluqlar zəncirinin halqaları kimlərə qədər uzanır?

Redaksiyamıza məlumatları təqdim edən mənbələrin iddiasına görə, ziddiyətli keçmişə malik Namidə Abbasova ondan narazı olan şəxslərə açıq şəkildə bəyan edir ki, siz mənə heç nə edə bilmərsiniz. Mənim arxmada duran qüvvələr sizi məhv edər. Özünüzü yormayın.

Bu xanım özünə yaxın hesab etdiyi və onu hədiyyələr yağışına tutan direktorların yanında onu qoruyan vəzifəli şəxslərin adını çəkib.

Maraqldır ki,regional idarənin müdiri, gün işığına çıxmaqdan qorxan Həmid Qasımov da Namidənin nazı ilə oynayır, ona gözün üstə qaşın var demir.Əcəbaa niyəə?

Araşdırmalara görə,  təhsilin idarə olunmasında təsadüfü kadrlardan sayılan Namidə Abbasova Yevlaxın Havarlı kənd məktəbində direktor əvəzi işləyib və hansısa “sehirli əllər”in sayəsində 1 ili tamam olmamış gözlənilmədən müqavilə ilə Təhsil şöbəsinin müdiri təyin olunub. Regional idarələr yaranandan sonra isə dövlət qulluğu imtahanından keçmədiyi halda Yevlax rayon Təhsil sektorunun müdiri təyin olunub. Bu günə qədər də dövlət qulluqçusu statusunda deyil. …VƏ ƏN ƏSASI… Mərkəzi Aran Regional Təhsil İdarəsinin maliyyə-iqtisadiyyat sektorunun müdiri Natiq Misirov bu şəxsə dövllət qulluqçusu üçün müəyyən edilən əmək haqqı hesablayıb(üstəgəl paket). Bunun cinayət tərkibli ciddi maliyyə pozuntusu olmasına isə yəqin ki, Maliyyə nazirliyi və Baş prokurorluq hüquqi qiymət verəcək.

Görəsən, MÜTDA və Mərkəzi Aran Regional Təhsil İdarəsi Dövlət İmtahan Mərkəzinə və Prezident Adminstrasiyasına dövlət qulluqçusu statusunda onlan əməkdaşlarla bağlı təqdim etdikləri hesabatlarda qeyri-qanuni işləyən sektor müdiri Namidə Abbasovanın(bu siyahıya mingəçevirli Sevinc Həsənovanı da əlavə etmək olar) adını niyə gizlədiblər? Bu dövləti aldatmaq,anti-milli fəaliyyət deyil,bəs nədir?

Adı dövlət qulluqçularının vahid reyestrində olmayan şəxsi hansı hüquqi əsasla vəzifədə saxlayırsınız, hansı hüquqi əsasla ona dövlət qulluqçusunun maaşını verirsiniz? Bu suala hansı qurum və kim cavab verməlidir: Elm və Təhsil nazirliyi, MÜTDA, yoxsa Mərkəzi Aran Regional Təhsil İdarəsi?

Belə çıxır ki, Mərkəzi Aran Regional Təhsil İdarəsində dövlət büdcəsini talayan, saxta kadr təyinatları ilə məşğul olan anti-dövlət şəbəkəsi var?

Bəli,yevlaxlı valideynlər və təhsil ictimaiyyəti MÜTDA-nın Mərkəzi Aran Regional Təhsil İdarəsinə gəlişini, yəni yoxlamasını bataqlıqda olan Yevlax təhsilinin xilası kimi görürdülər.Ancaq onların gözərmiş ümidlərini hələ ki dəfn etdilər…İddia olunur ki, Yevlaxın özünə, peşəsinə hörmət qoyan müəllimləri Namidə Abbasova kimi kadrın onlara rəhbərlik etməsini artıq özlərinə təhqir hesab edirlər.

Əgər həqiqətən də Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, həmçinin Mərkəzi Aran Regional Təhsil İdarəsi şəffaf və ədalətli yoxlama aparıblarsa, niyə yoxlamanın nəticələrini ictimaiyyətə açıqlamadılar?

Mərkəzi Aran Regional Təhsil İdarəsinin media əlaqələndricisi Zeynal Rəşidli ilə əlaqə qurmaq cəhdimiz isə alınmadı. Deyilənə görə,bu susqun adam ən yaxşı halda icazəsiz “alo”, “bəli”, “çox sağolun” sözlərini deyə bilər.Vəssalam!

Qeyd edək ki, cavabdeh qurumların və yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
icma.az

2Mənbələr