AZ

Əli Laricani: İran ABŞ-la heç bir danışıq aparmayacaq - YENİLƏNİB

İran ABŞ-la heç bir danışıq aparmayacaq.

APA xəbərverir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal”da İranın ABŞ-la danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə xəbər yayılıb.

***

08:32

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a nüvə proqramı ilə bağlı danışıqların bərpasını təklif edib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təklif Oman vasitəsilə Vaşinqtona çatdırılıb.

Seçilən
31
2
apa.az

4Mənbələr