ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 2 mart, AZƏRTAC
Gürcüstanda Korrupsiyaya Qarşı Mübarizə Bürosu martın 2-dən ləğv olunur və qurumun bütün funksiyaları Dövlət Audit Xidmətinə həvalə edilir.
AZƏRTAC xəbər verir ki, bu gündən Gürcüstanın Şəxsi Məlumatların Mühafizəsi Xidməti də fəaliyyətini dayandırır və onun səlahiyyətləri Audit Xidmətinə verilir.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2022-ci il dekabrın 15-də qanunvericiliyə edilmiş dəyişikliklər əsasında yaradılıb. Qurum Avropa Komissiyasının müəyyən etdiyi prioritetlərdən biri çərçivəsində Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsi prosesində təsis olunmuşdu.
Hakim “Gürcü Arzu-Demokratik Gürcüstan” Partiyasının təşəbbüsü əsasənda parlament 2025-ci il dekabrın 17-də
Büronun ləğvini dəstəkləyib.
Struktur dəyişikliyi Dövlət Audit Xidmətinin büdcəsində ciddi artımla müşayiət olunur. 2026-cı ilin dövlət büdcəsinə əsasən, qurumun maliyyələşdirilməsi 2025-ci ildəki 25,3 milyon laridən 40,7 milyon lariyə yüksəlir. Bu, 15,4 milyon lari artım deməkdir. Ştat sayı 341 nəfərdən 441 nəfərə çatdırılır, əməkhaqqı fondu isə 20,4 milyon laridən 33 milyon lariyə qədər artırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.