AZ

Azərbaycan – Şimali Makedoniya oyununun hakimləri bilindi

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.

Fanat.Az
xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Mərdəkanda keçiriləcək və saat 15:00-da start götürəcək oyunda baş hakim Anna Adamska olacaq.

Ona Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.

Seçilən
36
5
fanat.az

6Mənbələr