AZ

ABŞ, Səudiyyə Ərəbistanı və Körfəzin ərəb ölkələri birgə bəyanat imzalayıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 2 mart, AZƏRTAC

ABŞ və onun regional tərəfdaşları İranın bölgədə həyata keçirdiyi raket və dron hücumlarını qətiyyətlə pisləyib. AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ, Səudiyyə Ərəbistanı və Körfəzin ərəb ölkələrinin birgə bəyanatında bildirilib.

Bəyanat Yaxın Şərqdəki suveren əraziləri hədəf alan son hücumlardan sonra ABŞ, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri tərəfindən yayımlanıb.

Ölkələr bildiriblər ki, zərbələr Bəhreyn, İraq, o cümlədən İraq Kürdüstanı bölgəsi, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-yə endirilib. İranın hücumları dinc əhalini təhlükəyə atan və mülki infrastruktura zərər verən əsassız hücumlar kimi xarakterizə edilib.

Bəyanatda deyilir: “İranın hərəkətləri birdən çox dövlətin suverenliyini pozan və regional sabitliyi təhdid edən təhlükəli bir eskalasiyanı təmsil edir. Mülki şəxslərin və hərbi əməliyyatlarda iştirak etməyən ölkələrin hədəf alınması ehtiyatsız və sabitliyi pozan davranışdır”.

Sənədi imzalayan ölkələr vətəndaşlarının, suverenliyinin və ərazilərinin müdafiəsində birləşdiklərini təsdiqləyiblər və hücumlara cavab olaraq özünümüdafiə hüquqlarını bir daha diqqətə çatdırıblar.

Onlar, həmçinin regional təhlükəsizliyə davamlı sadiqlik ifadə ediblər və daha çox insan itkisinin, dağıntıların qarşısını almağa kömək edən effektiv hava və raketdən müdafiə əməkdaşlığını təqdir ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
3
azertag.az

4Mənbələr