AZ

Yeniyetmə və gənc oğlanlardan ibarət voleybolçular arasında seçim prosesi təşkil olunub

“Seçim günü” çərçivəsində Şəki Olimpiya İdman Kompleksində yeniyetmə və gənc oğlanlardan ibarət voleybolçular arasında seçim prosesi təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, seçimlər yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən aparılıb.

Seçimlərdə Oğuz, Gəncə RVK və Tovuz VK komandalarının idmançıları iştirak ediblər. Ümumilikdə 64 idmançı seçim mərhələsinə qatılıb.

Məşqçi heyəti tərəfindən iştirakçıların fiziki hazırlıq səviyyəsi, texniki-taktiki bacarıqları və oyun intizamı qiymətləndirilib. Müəyyən edilmiş kriteriyalara cavab verən idmançılar qeydə alınaraq növbəti mərhələyə uyğun namizədlər siyahısına daxil ediliblər.

Qeyd edək ki, seçim prosesinin davamı olaraq növbəti seçimlərin Naxçıvanda keçirilməsi planlaşdırılır. Seçim turları regionlarda perspektivli idmançıların aşkar olunması və milli komandaların heyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

İdman.Biz
Seçilən
28
idman.biz

1Mənbələr