AZ

Sabah 14 dərəcə isti olacaq

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda və rayonlarda martın 3-də yağıntılı hava şəraiti gözlənilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
49
cebheinfo.az

10Mənbələr