AZ

"Sən məni hələ çox danlamalısan" - FOTOLAR

Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə bağlı paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, aparıcı anasını ad günü münasibəti ilə təbrik edərək bunları yazıb:

"Ana, dostum. Mənə deyəndə ki, "Ananıza necə oxşayırsınız!" sevinirəm. Çünki sən hamıdan gözəlsən, müdriksən, təmkinlisən. Dadlı yeməklər bişirirsən. Heyif ki, mənə bunlardan çox az ötürmüsən. Amma hələ hər şey irəlidədir. Sən mənə çox yol göstərməlisən, məsləhət verməlisən, danlamalısan, bir yerdə sevincdən ağlamalıyıq. Başımı sığallamalısan. Bil ki, məni sənin sığalın qədər sağaldan başqa heç bir müalicə üsulu yoxdur. Hər bahar səninlə gəlsin! Ad günün mübarək, anam!".

Qeyd edək ki, L.Quliyeva ailəlidir və iki övladı var.

"Cebheinfo.az"

Seçilən
11
2
cebheinfo.az

4Mənbələr