AZ

ABŞ niyə onları öldürmək üçün müqəddəs günləri seçir? Gizli səbəb

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei 2026-cı il martın 1-nə keçən gecə Tehrandakı iqamətgahına endirilən hava zərbələri nəticəsində həlak olub. İran rəsmiləri 86 yaşlı liderin ölümünü rəsmən təsdiqləyərək ölkədə 40 günlük matəm elan ediblər. Bu hadisənin məhz müqəddəs Ramazan ayı ərəfəsində baş verməsi regionda böyük gərginliyə səbəb olub. Hazırda ölkədə idarəetmə müvəqqəti şura tərəfindən həyata keçirilir və hadisənin dini baxımdan həssas dövrə təsadüf etməsi geniş müzakirələrə yol açıb.Demokrat.az xəbər verir ki, oxşar hadisə illər öncə İraqın keçmiş lideri Səddam Hüseynin edamı zamanı da yaşanmışdı. Səddam Hüseyn 2006-cı il dekabrın 30-da sübh saatlarında asılaraq edam edilmişdi. Həmin gün müsəlman dünyasında Qurban bayramının ilk günü qeyd olunurdu. Hər iki hadisənin mühüm dini günlərlə üst-üstə düşməsi bir çoxları tərəfindən təsadüf hesab edilmir.Mühüm dövlət xadimlərinin məhz bayram və ya müqəddəs aylarda hədəf alınması qarşı tərəfə psixoloji təsir göstərmək məqsədi daşıyır. Bu cür zamanlamalar cəmiyyətdə inamsızlıq yaratmaq və ya müəyyən siyasi dövrün tamamilə bitdiyini nümayiş etdirmək üçün seçilir. Dini təqvimin ən önəmli günlərində baş verən bu ölüm hadisələri tarixə siyasi güc nümayişi kimi keçib. İranda hazırda davam edən matəm dövrü və gələcək idarəetmə forması ilə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.Kənan İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
demokrat.az

1Mənbələr