AZ

Ermənistan parlamentində qalmaqal: revanşist ritorika yenidən gündəmdə

Ermənistan parlamentində keçirilən iclas növbəti dəfə müxalifətin emosional və təxribat xarakterli çıxışları ilə yadda qalıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, martın 2-də Ermənistan parlamentində Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın iclasında “Ermənistan” blokundan deputat Geqam Manukyan hakim partiya üzvlərinə qarşı sərt və ittiham dolu çıxış edib.

Manukyan Azərbaycan məhkəməsi tərəfindən mühakimə edilən separatçılarla bağlı məsələni yenidən gündəmə gətirərək, hakim partiyadan deputat Qaqik Melkonyanın açıqlamalarını hədəfə alıb və onun bu mövzuda danışmasını qadağan etməyi tələb edib. Revanşist müxalifətçinin çıxışı emosional və ultimativ tonda olub.

O, birbaşa Melkonyana müraciət edərək “bu insanlar barədə danışmağa hüququnun olmadığını” bildirib və açıq şəkildə susmasını tələb edib. Bu isə iclas zalında gərginliyin artmasına səbəb olub.

Hakim partiyadan deputat Vahan Aleksanyan Manukyanın ritorikasına cavab verərək, keçmişdə verilmiş siyasi qərarların məsuliyyətini xatırladıb. O insanları sobaya göndərəndə düşünərdiniz”,-deyə Aleksanyan bildirib.  Qarşılıqlı ittihamlar fonunda komissiya sədri Andranik Koçaryan müdaxilə etməyə məcbur olub və tərəfləri emosiyaları kənara qoymağa çağırıb.

Musavat.com

Seçilən
102
musavat.com

1Mənbələr