AZ

Məşhur milyarder intihar ETDİ

Rusiyanın tanınmış iş adamı və keçmiş senatoru Umar Cəbrayılov Moskvanın mərkəzində yerləşən otellərin birində intihar edib.

Azreform.info xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, o, otel otağında tapılarkən vəziyyəti son dərəcə ağır olub. Məlumata görə, U.Cəbrayılov xəstəxanaya "şəxsiyyəti məlum olmayan şəxs" kimi çatdırılıb. Milyarderin kimliyini yalnız xəstəxanaya gələn mühafizəçiləri təsdiqləyə biliblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları iş adamının yanında bir ədəd tapança aşkar ediblər. İlkin ehtimallar hadisənin intihar olduğunu göstərir.

Bundan əlavə bildirilir ki, bu, Cəbrayılovun ilk intihar cəhdi deyil. O, 2020-ci ildə də öz canına qıymaq istəmiş, lakin həmin vaxt vaxtında göstərilən tibbi yardım sayəsində sağ qalmışdı.

Həmidə İbrahimova

Seçilən
40
3
azreform.info

4Mənbələr