AZ

İsrail Baş nazirinin ofisi atəşə tutulub – SEPAH

Bakı. Trend:

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi və İsrailordusunun Hərbi Hava Qüvvələri Komandanının mənzil-qərargahınazərbə endirilib.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) məlumat yayıb.

Məlumata görə, sözügedən hücumlar İranın “Doğru Vəd 4”əməliyyatının 10-cu mərhələsində “Xeybər raketləri ilə həyatakeçirilib.

Qeyd olunur ki, İranın İsrailə raket hücumları əsasən hökumətbinalarına yönəlib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
58
11
az.trend.az

7Mənbələr