AZ

Küçədə satılan ağır texnika kanalizasiya xəttini DAĞITDI

Ajans.az-ın “Qaynar xətt”inə daxil olan məlumata görə, sözügedən ərazidə kanalizasiya xətti ciddi şəkildə zədələnib. Sakinlərin bildirdiyinə əsasən, təxminən 300–400 ton ağırlığında olan ekskavator kanalizasiya xəttinin üzərində saxlanılıb. Nəticədə ağır texnikanın təzyiqi sistemə zərər vurub və küçə bərbad vəziyyətə düşüb.
Ərazidən xoşagəlməz qoxular gəlir, həmçinin yolda hərəkəti çətinləşdirir. Texniki vasitənin sahibi edilən şikayətlərə baxmayaraq heç bir tədbir görməyib. Əksinə, sakinlərin narazılığına “hara şikayət edirsiniz edin, götürmürəm”, “yaxşı edirəm saxlayıram” kimi ifadələrlə cavab verib.

Seçilən
28
Ajans.az

1Mənbələr