Bəhreyn limanında bir gəmiyə iki naməlum mərmi düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Ofisi (UKMTO) məlumat yayıb.
Hadisə nəticəsində yanğın baş versə də, alov qısa müddətdə söndürülüb və gəmi limanda qalır.
Açıqlamada bildirilir ki, gəminin bütün heyət üzvləri təxliyə edilib və təhlükəsizdir. Hazırda səlahiyyətli qurumlar tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, fevralın 28-i səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ Prezidenti millətə müraciətində hücumları Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbr”lə əlaqələndirib.
Aminə ŞAHSUVARQIZI