Dortmund "Borussiya"sının kapitanı Emre Can ağır zədə alıb.
Fanat.Az "arılar"ın rəsmi saytına istinadən xəbər verir ki, türk əsilli yarımmüdafiəçi Bundesliqanın 24-cü turu çərçivəsində evdə "Bayern Münhen"ə 2:3 hesabı ilə uduzduqları oyunda sıradan çıxıb.
32 yaşlı oyunçunun ön xaçvari diz bağlarının qopduğu bildirilib. Bu isə o deməkdir ki, sözügedən futbolçu cari mövsüm meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Emre Can cari mövsüm 16 matça çıxaraq 3 qolla yadda qalıb.
Toğrul