Hörmüz boğazından keçən gəmiçilik trafiki 70% azalıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press"in məlumat yayıb.
"Marine Traffic" gəmiçilik izləmə platforması məlumatlara istinadən bildirir ki, İsrail və ABŞ-nin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri boğazdan keçən gəmilərin sayı 70% azalıb.
Qeyd olunur ki, son üç gündə gəmilər istiqamətlərini dəyişərək geri dönüb, sürətlərini azaldıb və ya marşrutlarını dəyişdirib. İran dünya neft və qaz tədarükünün təxminən 20%-ni daşıyan həyati əhəmiyyətli bu su yolu vasitəsilə gəmilərin keçməsinə icazə verməmək barədə xəbərdarlıq edib.
Məlumatda bildirilir ki, vəziyyət artıq qlobal neft və qaz qiymətlərinin artmasına səbəb olub.
Aminə ŞAHSUVARQIZI