AZ

Britaniya Azərbaycana yeni səfir təyin etdi

Britaniya

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman təyin edilib.

1news.az xəbər verir ki, səfir bu barədə X hesabında paylaşım edib.

“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram!Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”,-deyə səfir əlavə edib.

Qeyd edək ki, yeni səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsini icra etməyə başlayacaq.

Seçilən
42
22
1news.az

10Mənbələr