AZ

Səməd Vurğunun 120 illiyi münasibətilə geniş konsert proqramı təşkil olunacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 mart, AZƏRTAC

“Sazın səsi, sözün nəfəsi” layihəsinin məqsədi klassik aşıq sənətinin poetik formasını, musiqi ifaçılığını və ustad–şagird ənənəsini tamaşaçıya səhnə formatında bir daha təqdim etməkdir. Layihə hazırlanarkən hər proqramda Azərbaycan aşıqları bölgələr üzrə ayrılmadan təmsil olunurlar. Proqramların həm maarifləndirici, həm də estetik xarakter daşıması məqsədilə gənc aşıqların da ifalarına yer ayrılır. Layihə Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova söyləyib.

Onun sözlərinə görə, layihənin əsas ideyalarından biri də “sazın dörd üzü” konsepsiyasını tamaşaçıya təqdim etməkdir.

“Layihə çərçivəsində növbəti tədbirin martın 12-də keçirilməsi nəzərdə tutulur. Bu proqram Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq təşkil edilir. Səməd Vurğun XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, dramaturq və ictimai xadim kimi də böyük nüfuz qazanıb. Onun yaradıcılığı aşıq poeziyası ilə sıx bağlıdır və şeirlərinin böyük hissəsi aşıq şeir formalarına uyğun qurulmuşdur. Bu səbəbdən konsert proqramında əsasən şairin şeirlərinə bəstələnmiş aşıq ifaları səsləndiriləcək. Proqram çərçivəsində, həmçinin Aşıq Şəmşir ilə Səməd Vurğunun məşhur deyişməsi iki aşığın ifasında təqdim olunacaq”, - deyə İ.Qəsəbova əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
129
azertag.az

1Mənbələr