Azərbaycan və Böyük Britaniyanını BP şirkəti arasında "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyət istiqamətlərini nəzərdən keçirilib.
O qeyd edib ki, həmçinin şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr aparılıb.