AZ

Azərbaycan banklarının xarici borclarını əhəmiyyətli dərəcədə artıracağı ehtimalı çox aşağıdır - S&P

Bakı. Trend:

“S&P Global Ratings”in proqnozuna görə, Azərbaycanbanklarının yaxın illərdə beynəlxalq borc bazarlarında borclanmanıəhəmiyyətli dərəcədə artıracağı ehtimalı çox aşağıdır.

Bu barədə Trend“S&P”-yə istinadən məlumat verir.

“Xalis xarici maliyyələşmə məhduddur. Qiymətləndirməmizə əsasən,2025-ci ilin sonuna Azərbaycan bank sisteminin xalis xarici borcumənfi olub. Xarici borcun böyük hissəsi beynəlxalq maliyyəinstitutlarının — o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası vəAvropa Yenidənqurma və İnkişaf Bankının — eləcə də bankların xariciminoritar səhmdarlarının kreditlərinin payına düşür. Mülayimiqtisadi perspektivlər və Azərbaycan banklarının kifayət qədərböyük depozit bazası nəzərə alınaraq, yaxın illərdə beynəlxalq borcbazarlarında borclanmanın əhəmiyyətli dərəcədə artacağınıgözləmirik. Daxili borc bazarları kiçikdir və buna görə dəbankların maliyyələşməsi üçün həyat qabiliyyətli alternativ hesabedilmir”,- S&P-nin hesabatında bildirilir.

Xəbər yenilənəcək

Seçilən
35
az.trend.az

1Mənbələr