AZ

“Karahanlı 20 ildən sonra “intiqam”ını aldı...” - Video

Uzun illərdir “Kanal D”də yayımlanan “Arka sokaklar” serialının növbəti bölümünün anonsu gündəm olub.

Layihədə polis bölməsinin rəisi Rza baba obrazına həyat verən Zafer Ergin illər sonra eyni səhnədə fərqli tərəfdə yer alıb.

Belə ki, ssenariyə əsasən, “Rza baba” polis əməkdaşları ilə birlikdə məbədlərin birinə basqın edərək masson ritualını dayandırıb. Bu zaman massonlardan biri ona üzünü tutaraq “Mərhəmət edin, cənab” sözlərini deyir. Polis isə onun bu sözünə məhəl qoymayaraq öldürür.

Məhz bu səhnə Z.Erginin 2005-ci ildə “Mehmet Karahanlı” obrazında çəkildiyi “Kurtlar Vadisi” serialını xatırladıb. Belə ki, o, həmin bölümdə massonlar tərəfindən eyni yerdə öldürülür. Son sözü isə “Mərhəmət edin, cənab” olur.

“Arka sokak”ların bu anonsu sosial şəbəkələrdə gündəm olub. Həmin səhnələr “Karahanlı 20 ildən sonra “intiqam”ını aldı...” başlığı ilə paylaşılıb.

Sözügedən anonsu təqdim edirik:

Qafqazinfo.az

Seçilən
18
5
musavat.com

6Mənbələr