AZ

Hazırkı qarşıdurmanın dünya müharibəsi səviyyəsinə çatması ehtimalı yox dərəcəsindədir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"ABŞ-İsraillə İran arasındakı qarşıdurma və müharibə böyük güclər arasında genişmiqyaslı müharibənin başlamasına heç bir halda əsas vermir".

Bu fikirləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Redaktor.az-a açıqlamasında bildirdi.

"Nə Çin, nə də Rusiya İranı praktiki olaraq dəstəkləyir, ona canlı qüvvə və ya hərbi texnika göndərir. Sadəcə bəyanatlarla qarşıdurmanın qarşısını almağa çalışır və problemlərin danışıqlar yolu ilə həllini istədiklərini bildirirlər. Adətən dünya müharibələri böyük güclər arasında baş verən müharibələr olur. Hazırkı qarşıdurma isə böyük güclər arasında deyil, böyük güclə regional güc arasında gedən savaşdır. Buna görə də onun qlobal miqyas alaraq dünya müharibəsi səviyyəsinə çatması ehtimalı yox dərəcəsindədir", - deyə politoloq vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
redaktor.az

2Mənbələr