AZ

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.

AZƏRTAC xəbər verir ki, o, bu vəzifədə Ferqus Auldu əvəz edəcək. Məlumata görə, Dunkan Norman vəzifəsinin icrasına may ayında başlayacaq.

Yeni səfir sosial şəbəkə platforması “X”də paylaşım edərək Azərbaycan və Böyük Britaniya tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərin əsasları üzərində irəliləməyi və ortaq prioritetlər üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözlədiyini bildirib.

Seçilən
38
5
azerbaijan-news.az

6Mənbələr