AZ

Messi Pelenin nəticəsini təkrarladı


“İnter Mayami”nin argentinalı hücumçu Lionel Messi Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümünün “Orlando” ilə səfər matçında iki qol vurub.
Yeniavaz.com
"Sportstar" jurnalına istinadla xəbər verir ki, Messi qollarından birini cərimə zərbəsindən vurub və bu, argentinalı futbolçunun karyerasında cərimə zərbəsindən vurduğu 70-ci qol olub.
Nəşrə görə, bu statistika ilə o, Braziliya millisində üçqat Dünya Kuboku qalibi olan Pelenin nəticəsini təkrarlayıb. Hazırda hər iki hücumçu cərimə zərbəsindən vurulan qolların sayna görə, ikinci yeri bölüşür.
Siyahıya cərimə zərbəsindən 77 qol vuran Braziliya millisinin keçmiş oyunçusu Juninyo Pernambukano başçılıq edir.
Qeyd edək ki, MLS-in hazırkı çempionu “İnter Mayami” mövsümdə ilk qələbəsini qazanıb. Komanda açılış oyununda “Los-Anceles”ə 3-0 hesabı ilə məğlub olub.
Seçilən
25
1
yeniavaz.com

2Mənbələr