AZ

Fransa Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirəcək

İranın Əbu-Dabidəki (BƏƏ) Fransa dəniz bazasına zərbə endirməsindən sonra Fransa Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirəcək.

Editor.az xəbər verir ki, bu barədə 1 martda Fransa Prezidenti Emmanuel Makron bildirib. Təhlükəsizlik və Müdafiə üzrə Fövqəladə Şurada çıxış edən Makron bildirib ki, Fransa “müdafiə müqavilələri olanların yanında olmaq və mövqeyimizi son bir neçə saatda baş verən hadisələrə uyğunlaşdırmaq üçün” regiondakı hərbi mövqeyini gücləndirəcək. Medianın məlumatına görə, Makron əvvəlcə diplomatik danışıqların bərpasına çağırıb, lakin iki İran pilotsuz təyyarəsinin BƏƏ-dəki Fransa dəniz bazasına zərbə endirməsindən sonra mövqeyini dəyişib.

BFMTV xəbər verib ki, Fransa öz təyyarədaşıyan gəmisini Baltik dənizindən şərqi Aralıq dənizinə yönləndirəcək. Lakin “Politico”nun mənbələrinə görə, bu məlumat həqiqətə uyğun deyil.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
editor.az

1Mənbələr