AZ

Azərbaycanda yerləşdirilən 300-dən çox rusiyalı turist Dubaya uçmaqdan imtina etdi

300-dən çox rusiyalı turist Azərbaycanda marşrutun dəyişdirilməsini xahiş edərək onları Rusiyaya qaytarmağı tələb edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onlar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən əvvəlcədən planlaşdırılmış Dubay istiqamətinə uçuşdan imtina ediblər.

"Burada dörd təyyarə - təxminən 400 nəfər var - və bizi raketlərin altına - Dubaya göndərirlər. Burada çoxlu uşaq və qadın var", - deyə turistlərdən biri bildirib.

Hazırda turistlər "Qafqaz Baku City Hotel & Residences" mehmanxanasında yerləşdiriliblər. Onların gecə saatlarında hava limanına aparılması, Dubaya isə yerli vaxtla saat 02:30-da eniş etməsi planlaşdırılır.

Lakin rusiyalılar BƏƏ-də təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edir və uçuş planının dəyişdirilməsi tələbi ilə kollektiv müraciət hazırlamaq niyyətində olduqlarını bildirirlər.

Seçilən
5
1
far.az

2Mənbələr