AZ

Filippin Prezidenti: 1400 dən çox vətəndaşımız Yaxın Şərqdən təxliyə gözləyir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 3 mart, AZƏRTAC

Yaxın Şərqdə artan gərginlik fonunda 1400-dən çox Filippin vətəndaşı vətənə qayıtmaq üçün müraciət edib.

AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Prezidenti Ferdinand Romualdez Markos məlumat verib. Prezident bildirib ki, hava məkanının və hava limanlarının bağlanması səbəbindən hazırda repatriasiya prosesini davam etdirmək mümkün deyil. Onun sözlərinə görə, qurudan təxliyə də ciddi risklər yaradır.

Dövlət başçısı İsrail və digər ərazilərdə yaşayan filippinlilərə təhlükəsiz yerlərdə qalmağı tövsiyə edib.

Qeyd edək ki, Yaxın Şərqdə təxminən 2,5 milyon filippinli yaşayır. Həftəsonu baş vermiş toqquşmalar zamanı İsraildə qəlpə nəticəsində bir filippinli həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azertag.az

3Mənbələr