AZ

Xəmneyinin öldürülməsinin yeni təfərrüatları

İsrail İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin öldürülməsi üçün bir neçə il ərzində xüsusi əməliyyat hazırlayıb.

APA xəbər verir ki, “Financial Times” mənbələrə istinadən əməliyyatın detalları haqda məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı geniş casusluq və texniki vasitələrdən istifadə edilib. İsrailin xüsusi xidmət orqanları Tehran şəhərinin mərkəzindəki əksər yol kameralarına nəzarəti ələ keçirib, uzun müddət Xameneinin hərəkətini və görülən təhlükəsizlik tədbirlərini izləyib.

Kameralardan əldə edilən görüntülər canlı olaraq İsrailə göndərilib ki, bu da Xameneinin hərəkətləri barədə məlumat əldə etməyə imkan verib.

Əməliyyat zamanı xüsusi kameralar Xameneinin mühafizəçilərinin avtomobillərinin park edildiyi yerləri və yüksək təhlükəsizliklə qorunan ərazilərdəki gündəlik həyatı da qeydə alıb.

Seçilən
8
5
aznews.az

10Mənbələr