AZ

Sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklif olunur- ÖZƏL

"Müvafiq icra hakimiyyəti orqanının "Əmək və Məşğulluq" altsistemi üzərindən tərtib olunmuş göndərişlərinin əsassız olaraq icra edilməməsi hallarının aradan qaldırılması üzrə mexanizmlərin işlənib hazırlanması və ya bu kimi hallarda şəxslərin işsizlikdən sığorta müavinəti ilə təmin edilməsi həlli vacib məsələlərdəndir". "Olaylar" xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib: "Vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv qaydada reallaşdırılması məqsədilə, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək, yəni işsiz şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədəmüvafiqdir.
Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin minimuma endirilməsi zəruri hesab olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
2
olaylar.az

4Mənbələr