AZ

Vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə qəbul şərtlərində yenilik

Bakı, 3 mart, AZƏRTAC

Musiqi sənəti istiqamətinin vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlərin nəzərinə çatdırılıb ki, qəbul qaydalarında dəyişiklik edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu ixtisaslar üzrə qəbul aparan müvafiq ali təhsil müəssisələri ilə keçirilən görüşlər zamanı ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul üçün musiqi təhsili haqqında sənəd tələbi müzakirə olunub. Müzakirələr nəticəsində bakalavriat səviyyəsinə qəbul olmaq üçün ən azı 5 illik musiqi təhsilinin vacibliyi qeyd edilib.

Qəbul olunmuş qərara əsasən, 2027/2028-ci tədris ilindən etibarən vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərin qeydiyyatı üçün azı 5 illik musiqi təhsili haqqında sənəd tələb olunacaq.

Qeyd edilib ki, 2026/2027-ci tədris ilində isə həmin ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul əvvəlki illərdə olduğu kimi musiqi təhsili haqqında sənəd olmadan aparılacaq.

Bu qərar orta ixtisas təhsili müəssisələrinin vokal sənəti ixtisasına qəbul şərtlərinə şamil edilmir.

 

Seçilən
8
12
azertag.az

10Mənbələr