AZ

Kəşmirdə Xameneiyə görə etirazlar: yaralılar var

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın dini lideri Əli Xameneinin öldürülməsindən sonra Cammu və Kəşmirdə başlayan etirazlar zamanı 6-sı təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 14 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Cammu və Kəşmirin müxtəlif yerlərində 70-dən çox etiraz aksiyası keçirilib.

Qeyd olunub ki, bu, 2019-cu ilin avqust ayından bəri Kəşmirdə keçirilən ilk böyük etiraz aksiyasıdır.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
axar.az

1Mənbələr