AZ

İrana qarşı təcavüz bütün Yaxın Şərqə təsirsiz ötüşmür - Lavrov

Bütün Yaxın Şərq ABŞ və İsrailin İrana qarşı təcavüzünün təsirini hiss edir.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

"Şübhəsiz ki, ən səs-küylü münaqişə, bu günün müharibəsi, İrana qarşı təcavüzdür və bunun nəticələri artıq bütün regionda, o cümlədən iqtisadi ziyana uğrayan ərəb ölkələri də daxil olmaqla hiss olunur və insan tələfatı var",-diplomat qeyd edib.

Lavrov həmçinin bütün tərəfləri münaqişənin həlli və hərbi əməliyyatların dərhal dayandırılması üçün səy göstərməyə çağırıb.

O daha əvvəl bildirilmişdi ki, ABŞ regionda vəziyyətin gərginləşməsindən təsirlənən Yaxın Şərq ölkələrini İrana zərbələrə qoşulmağa təşviq etməyə çalışır.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr