AZ

İranda kürd muxtariyyətinin yaradılmasına Türkiyə və Azərbaycan razı ola bilməz

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"ABŞ prezidenti D. Tramp Şimalı İraq Kürd Muxtariyyətinin lideri M. Bərzani və digər siyasi partiya liderləri ilə telefonla danışıb. Telefon danışığının əsas məqsədi silahlı kürd qruplarının İrana müdaxilə etməsinə nail olmaqdır. Qeyd edim ki, ABŞ İrana qarşı öz qoşunları vasitəsi ilə quru əməliyyatı keçirmək istəmir. Bunu əsasən, silahlı kürd terror təşkilatları vasitəsilə həyata keçirməyi planlaşdırır".Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, hazırda İran-İraq sərhədində İranın silahlı qüvvələri kürd silahlı qruplaşmaların sərhədi keçməsinin qarşısını alır:"Bunun qarşısını almaq üçün İsrail İran-iraq sərhədini qırıcılarla vuraraq terrorçuların keçməsinə şərait yaratmağa çalışır. ABŞ-İsrail İranda kürd silahlılarından yeni silahlı qarşıdurma yaratmağa çalışır. Görünür, D. Tramp kürdlərə muxtariyyət sözü verib.Halbuki, kürd liderlər Suriya ssenarisinə diqqət edib, ordan nəticə çıxarmalıdır".Məhəmməd Əsədullazadə qeyd edib ki, uzun müddət ABŞ Suriyada YPG-nı silahlandırdı:"Onlardan öz məqsədlərinə çatmaq üçün istifadə etdi. Orada da kürd muxtariyyətinin yaradılmasına söz vermişdi. Sonda ABŞ kürd silahlılarını Suriya ordusu ilə üzbəüz qoyaraq onlara dəstəyi kəsdi. Eyni prosesi ABŞ İranda kürdlərin əli ilə etməyə çalışacaq. Yenə də uduzan tərəf kürdlər olacaq. Çünki, İranda kürd muxtariyyətinin yaradılmasına Türkiyə və Azərbaycan razı ola bilməz".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
3
newscenter.az

4Mənbələr