Bakı. Trend:
Rusiya qazından asılılığımızı davamlı şəkildə azaltdığımızdövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq,Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatınafayda verəcək.
Trend xəbərverir ki, bunu Avropa İttifaqının enerji və mənzil siyasəti üzrəkomissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasıçərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
O bildirib ki, Trans-Adriatik Boru Kəməri ilə kommersiyadaşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropaİttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24milyard avro qazanıb.
Mövqeyini açıq şəkildə bəyan etməyi fürsət adlandıran komissarvurğulayıb: “Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqınınenerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq”.