AZ

Türkiyə neft qiymətlərinin artmasından dəyən zərəri azaltmağa çalışır

Türkiyə hökuməti İran ətrafındakı geosiyasi vəziyyətlə əlaqədar neft qiymətlərinin kəskin artımının mənfi iqtisadi təsirini azaltmağa çalışır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek bu tədbirləri martın 3-də açıqlayıb.

Nazirin sözlərinə görə, qlobal enerji bazarlarında vəziyyətlə bağlı inflyasiya təzyiqlərinin aradan qaldırılması istiqamətində addımlar atılır.

“Ölkədə dezinflyasiya prosesini dəstəkləmək üçün bütün mövcud vasitələrdən istifadə edirik”, - deyə maliyyə naziri qeyd edib.

Bu arada, Türkiyə Statistika İnstitutu (TÜİK) Türkiyə iqtisadiyyatının ardıcıl 22-ci rübdə artımı qoruduğunu bildirib. Bu ilin fevral ayında Türkiyənin ixracatı ötən ilin analoji dövrü ilə müqayisədə 1,6% artaraq 21 milyard 65 milyon dollara çatıb.

Seçilən
84
2
yeniazerbaycan.com

3Mənbələr